“Solar İmpulse” yarımçıq qalan səyahətinə yenidən başlayır!

Günəş enerjisi ilə işləyən Solar İmpulse təyyarəsi yarımçıq qalan dünya səyahətini bitirmək üçün test uçuşuna başlayıb.

451354
“Solar İmpulse” yarımçıq qalan səyahətinə yenidən başlayır!

Günəş enerjisi ilə işləyən Solar İmpulse təyyarəsi, yarımçıq qalan dünya səyahətini bitirmək üçün test uçuşuna başlayıb.

Keçən il dünya səyahətinin 7-ci hissəsi olan Yaponiya-Havay arasında 118 saat davam edən uçuşda Solar təyyarənini batareyasında problem yaranmışdı. İyul ayından etibarən təyyarə Havay adalarında təmirdədir.

Təmir işlərini aparan tədqiqatçılar qeyd edib ki, problem batareyadan yox, ərazidəki hava istiliyinin səhv hesablanmasından qaynaqlanıb.

Uçuşdan cavabdeh mütəxəssislər 4 gün və 4 gecə davam edəcək dünya səyahətinin aprel ayının sonu ya da may ayının əvvəli başlayacağını bildiriblər.

Solar İmpulse başladığı dünya səyahətini Atlantik okeanını keçərək sonda uçuşa başladığı yerə yəni Abu Dabiyə enəcək.



Әlaqәli Xәbәrlәr