“Google” şirkətinin dəstəyilə sənədli film çəkiləcək!

J.J Abramsın rəhbərlik edəcəyi sənədli film, Youtube-da bir neçə seriya halında pulsuz yayımlanacaq.

448002
“Google” şirkətinin dəstəyilə sənədli film çəkiləcək!

2007-ci ildə ilk adımları atılan və son olaraq 2015-ci ildə başa çatacaq “Google Lunar X Prize" müsabiqəsində16 komanda yarışır. Bu ilin sonuna qədər öz layihələrini təhvil verəcək komandaları müsabiqə bitimində 30 milyon dollarlıq mükafat gözləyir.

Müsabiqə ərzində komandaların qarşılaşdıqları problemləri təsvir edəcək film “Moon Shot" hər həftə “Youtube"-da “Google Lunar XPrize" kanalında yayımlanacaq. Sənədli filmin ilk seriyası Mart ayının 17-də nümayiş etdiriləcək.

Bəs bu “Google Lunar XPrize" müsabiqəsi nədir?

16 komanda bu müsabiqədə Google şirkətinin maliyyə dəstəyi ilə Aya göndəriləcək xüsusi bir aparatın istehsalı üçün yarışır. Müsabiqənin şərti elədə çətin deyil. Bu aparat Ayda 500 metr hərəhət etməli və yüksək keyfiyyətli fotoşəkillər çəkərək Dünyaya göndərməlidir.

Google şirkəti ilin sonunda ən yaxşı layihə hazırlayan komanda ilə müqavilə imzalayaraq, bu aparatın istehsalına başlayacaq.

Dünyanın ən böyük mükafatı olaraq qələmə verilən müsabiqədə İngiltərə, İsrail, Malayziya, Yaponiya, Kanada, Çili, Hindistan, Macarıstan və digər ölkələrdən gələn komandalar yarışacaq.


Әlaqәli Xәbәrlәr