Yer kürəsinə ən uzaq və ən qədim qalaktika kəşf olundu

Astronomlar Hubble Kosmik Teleskopu ilə kəşf etdikləri Yer Kürəsindən 13,4 milyard işıq ili uzaqlıqdakı qalaktikaya GN-z11 adını verdilər.

444367
Yer kürəsinə ən uzaq və ən qədim qalaktika kəşf olundu

GN-z11-in kainatın meydana gəlməsindən 400 milyon il sonra yarandığı güman edilir.

Kosmos Teleskop Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Gabriel Brammer GN-z11 qalaktikasının görünməsi nəticəsində kainatda yaranan ilk planetləri aşkar etməyə daha da yaxınlaşdıqlarını söylədi.

Qalaktikaların Yer kürəsinə məsafələrini təyin etmək üçün işığın dalğa uzunluğundakı dəyişikliklər və qırmızıya sürüşmə dərəcələri ölçülür.

GN-z11 qalaktikasının qırmızıya sürüşmə dərəcəsi 11,1 olaraq müəyyənləşdirildi.

Daha əvvəl kəşf edilən EGS8p7 qalaktikasının qırmızıya sürüşmə dərəcəsi 8,68 idi.

Yeni kəşf "Astrophysical Journal"-da dərc olunub.



Әlaqәli Xәbәrlәr