“Mercedes” şirkəti fabriklərində robot əvəzinə insan işlədəcək!

Fabriklərində robotların sayını artıran avtomobil şirkətlərinin əksinə, Mercedes insanların iş gücünə ehtiyacı olduğunu bildirib.

444590
“Mercedes” şirkəti fabriklərində robot əvəzinə insan işlədəcək!

Texnologiyanın inkişafı fabrik və zavodlarda insan əvəzinə robot işçilərin artmasına səbəb oldu. Xeyli sürətli, bacarıqlı və yorulmayan robot işçilər istehsal etdiyi cihazlar səbəbilə fabriklərə böyük qazanc əldə etdirir. Bu da fabriklərdə insan yerinə robot işçilərin istifadəsinə gətirib çıxardır. Bu sistem yaxın günlərə qədər hər fabrikdə istifadə olunurdu. Lakin Almaniyanın avtomobil nəhəngi olan Mercedes şirkəti bu sistemin tam əksini həyata keçirəcəyini bildirib.

Mercedes şirkətinin istehsaldan cavabdeh vəkili Markus Şefer qeyd edib ki, S seriyası avtomobillərdə həddindən çox detal var və bu fakrikdəki robotların həll edə biləcəyi bir iş deyil. Bu səbəblə S seriyası maşınların diqqət tələb edən bütün işlərində insan gücündən istifadə etmək qərarı almışıq. Digər sadə işləri isə yenə robotlar həll edəcək.

Mercedes şirkətinin insan gücündən istifadə etməsinini digər bir səbəbi isə S seriyası maşınlarının şəxsi istəyə görə istehsal olunmasıdır. Mercedes şirkəti müştərilərini diqqətə alaraq istehsal etdiyi maşınlarda insan gücündən istifadə edərək həm robotlara xərclənən puldan qənaət etdiyini həm də işçi qüvvəsinə necə ehtiyac olduğunu bildirib.



Әlaqәli Xәbәrlәr