“Selfie” ilə ödəniş!

“MasterCard” şirkəti “Selfie” ilə ödəniş sisteminə keçəcək.

438653
“Selfie” ilə ödəniş!

“MasterCard” öz müştərilərini tanımaq üçün selfi və ürək döyüntüsü tanıma sistemindǝn istifadə edəcək.

“The Verge” texnologiya veb saytının verdiyi məlumata əsasən “MasterCard” yeni ödəmə sistemi olaraq selfi fotoşəkillərindən istifadə edəcək. 2015-ci ildə bu sistemin yoxlanışına başlayan şirkət, müştərilərindən müsbət təəssürat görüb. Şirkət bu sistemdǝn müxtǝlif ölkəlǝrdə istifadə etmək fikrindədir.

Selfi ilə ödəniş sistemindǝn istifadǝ etmǝk istǝyǝnlǝr mobil telefon və ya tabletlərinə “MasterCard” proqramını yükləməli olacaqlar. İnternet vasitəsilə bazarlıq edərkən istifadə etdiyimiz kart məlumatlarını proqrama daxil edǝrǝk, cihazın selfi kamerası ilə şəkil çəkdirmək kifayət edəcək.

Selfi vasitəsilə təhlükəsizliyi artırmağı planlayan “MasterCard” istifadəçilərin selfi çəkərkən göz qırpmasını istəyir. Bu sistem müştəri köhnə bir fotoşəkil istifadə etməsin deyə qərarlaşdırılıb. Şirkət bu alqoritmanın sistemi aldatmaması üçün təşkil edib.

Proqramın istifadə etdiyi üz tanıma sistemi hər dəfə istifadə olunmayacaq. Selfi ilə proqram ilk dəfə qurulduqda və yaxud buna bənzər uzun müddətli işlərdə istifadə edilə biləcək.

Üz tanıma sistemi və parmaq izi oxuyucusuna əlavə olaraq ürək döyüntüsü vasitəsi ilə də ödəniş mümkün olacaq. “MasterCard” bu sistemi keçən il “NYM”-i qolbağlarında yoxlamışdı. Şirkət bildirib ki, bu sistemi sensoru normal işləyən bütün cihazlarda istifadə etmək olar.

Kanada və Hollandiya da yoxlanılan sistem çox bəyənilib. Ürək döyüntüləriniz vasitəsilə telefonunuza gedən siqnallar ödənişi edənin siz olduğunu aşkar edəcək. Əgər kartınız oğurlansa və ya siz olmadan istifadə olunsa ödəniş bağlanacaq.

Şirkət bu sistemin yayğınlaşmasında özünə güvəndiyini və selfi ilə ödəniş üsulunun bu il ərzində istifadə olunacağını bildirib.



Әlaqәli Xәbәrlәr