Dünyanın ǝn yaxşı universitetləri arasına 3 Türk universiteti

100 universitetin yer aldığı siyahıda Türkiyədən üç vəqf universiteti yer aldı.

393844
Dünyanın  ǝn yaxşı universitetləri arasına 3 Türk universiteti

Dünyanın 50 yaş altındakı ǝn yaxşı universitetləri arasına 3 Türk universiteti də yer tutur.

 London mərkəzli ali dərəcələndirmə quruluşu QS, araşdırma, təhsil və beynəlxalq dünyagörüşü olaraq dörd sahədə sıraladığı "Dünyanın 50 yaş altındakı ǝn yaxşı universitetlərini" açıqladı.

100 universitetin yer aldığı siyahıda Türkiyədən üç vəqf universiteti yer aldı.

Sıralamada Bilkent Universiteti 51-60, Sabancı Universiteti 61-70 və Qoç Universiteti isə 71-80-ci sırada yer tutdu.

Dünyanın 50 yaş altı ən yaxşı universiteti Singapur Nanyang Texnologiya Universiteti olarkən, Hong Kong Elm və Texnologiya Universiteti ikinci, Koreya Elm və Texnologiya İnstitutu üçüncü sırada yer aldı.

Amerika Birləşmiş Ştatları və İngiltərənin qabaqda gələn universitetlərinin uzun illər əvvəl qurulmuş olması səbəbiylə siyahının ilk 6-cı sırasında Asiya universitetlərinin hakimiyyəti diqqət çəkdi


Etiketlәr:

Әlaqәli Xәbәrlәr