"TÜRKSAT 6A" 2020-ci ildə orbitə buraxılacaq

Türkiyənin ilk milli rabitə peyki “TÜRKSAT 6A” 2020-ci ildə orbitə buraxılacaq

400949
 "TÜRKSAT 6A" 2020-ci ildə orbitə buraxılacaq


TÜRKSAT-ın baş direktörü Ensar Gül “TRT xəbər” kanalına bu barədə açıqlama verib.
5A və 6A rabitə peyklərinin tender işlərinin davam etdiyini deyən Gül, “Bu işləri 3 il ərzində başa çatdıracayıq. Hazırda 4 peykimiz var. Onlardan birinin müddəti başa çatır, 3 peykimiz qalır. Yeni layihələrlə peyklərin sayını iki qat artırmağı düşünürük” deyib.
48 günlük test müddətinin başa çatmasına sayılı günlər qalan 4 B peyki də rabitəyə kömək edəcək.
Yeni peyk daha çox televiziya kanalının yayımına şərait yaradacaq.
Milli Təhsil nazirliyi tərəfindən 5 min məktəbə peyk vasitəsilə internet verildiyini deyən Ensar Gül, “Bu məktəblər daha çox dağlıq bölgələrdədir. Məktəblərə internet xidməti genişləndirəcəyik" deyə vurğulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr