Balığın psixikaya və orqanizmə faydaları

Bir sıra xəstəliklərdə faydalı olduğu üçün həkimlər tərəfindən həftədə iki dəfə yeyilməsi məsləhət bilinən balıq depressiya ilə mübarizədə də çox faydalıdır.

387346
Balığın psixikaya və orqanizmə faydaları

Enerji qaynağı olan balıq yorğunluğu aradan qaldırır, sterssi azaldır.

Aparılan tədqiqatlar nəticəsində balığın depressiya əlamətləri olan həyəcan, kədər və halsızlığı minimuma endirdiyi müəyyən olunub.

Balıq dəriyə də müsbət təsir göstərərək qocalma prosesini yavaşladır.

Ürəyin fəaliyyətini stimullaşdıran balıq uşaqların əqli inkişafı üçün də vacib olan qidadır.

Alzheimer xəstəliyi riskini azaltmaq istəyənlərə də mütləq balıq yemək məsləhət bilinir.

Tərkibində A, C, E və B qrupu vitaminləri ilə bərabər, kalsium, dəmir, maqnezium, fosfor, kalium və selenium mineralları olan balıq, eyni zamanda, protein mənbəyidir.

Balıq yağı özündə omeqa-3 yağ turşularını ehtiva etdiyi üçün ən zəngin qidalar siyahısındadır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr