Üç ton ağırlığındakı kamera qalaktikanı çəkməyə imkan verəcək

3,2 qiqapiksilli kamera Çilidə tikilməkdə olan böyük teleskopun bir hissəsini təşkil edəcək və obyektiv üçün əlçatmaz olan ulduzların şəkillərini çəkməyə imkan verəcək.

377158
Üç  ton  ağırlığındakı kamera qalaktikanı çəkməyə imkan verəcək

Böyük teleskopun kamerası əvvəlkilərdən daha iri olacaq. Yığılmış halda kameranın çəkisi üç ton ağırlığındadır.
Alimlərin fikrincə, yeni kamera indiyədək Yerdən çəkilə bilməyən milyardlarla kosmik obyektləri 10 il ərzində təsvir etməyə imkan verəcək. Kamera çəkdiyi şəkillərin altı milyon qeqabaytlıq arxivini yaradacaq. Bundan əlavə, bu kamera vasitəsilə hələ insanların görmədiyi kosmosa aid filmlər də çəkiləcək. Yaxın günlərdə kameranı quraşdırmaq üçün materiallar hazırlanacaq. Çox güman ki, bu cihaz beş ildən sonra sınaqdan keçəcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr