Malların məhsuldarlığını artıran yeni sistem

Antaliyalı bir administrator anomal istilər səbəbiylə 2 min mal qarasını fontan və buxarlı sistemlə sərinlədib.

379564
Malların məhsuldarlığını artıran yeni sistem

Sistem vasitəsilə həm heyvanlar istidən qorunub hәm dә verdiklәri süd miqdarı 20 faiz artıb.
Antaliyanın Döşәmәaltı qəsəbəsində təxminən 80 min kvadrat metr ərazidә 2 min iribuynuzlu heyvan yetişdirən kilid ət ferması, anomal istilərdən təsirlənən heyvanları sərinlətmək üçün maraqlı üsula müraciət edib.
Müəsisə rəhbərləri istixanalarda quraşdırılan suvarma sistemindәn heyvanları sərinlətmək üçün istifadә edib. Yeni sistemlə heyvanların üzərinə bəzi hissələrdə buxar bəzi hissələrdə isə su püskürtülür.
Qeyd edək ki, sistem vasitəsilə çöldə 46 dərəcəni ötən isti hava tövlə içində 28 dərəcəyə düşür. Beləliklə heyvanların süd mәhsuldarlıqları 20 faiz artır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr