Şimali Koreyadan möcüzəli peyvənd

Şimali Koreya mers, ebola, xərçəng və HİV virusuna qarşı təsirli olan möcüzəli peyvənd əldə etdiklərini acıqlayıb.

313062
Şimali Koreyadan möcüzəli peyvənd

  Ölkənin rəsmi xəbər agentliyi mers, ebola, HİV, vərəm və xərçəngə qarşı təsirli olan maddənin adının Kumdang-2 olduğunu bildirib. Maddənin, eyni zamanda, hamiləlik dövründə ortaya çıxan mədə bulantılarında da təsirli olduğu deyilib. Adı çəkilən maddənin içərisinə Asiyada yetişən şəfalı jenşen bitkisilə bərabər digər nadir elementlər də daxil edilib.

  1989-ci ildən bu yana üzərində araşdırmalar aparılan peyvəndin insanın immun sistemini gücləndirərək viruslara qarşı təsirli olacağı deyilir.

  Xatırladaq ki, Şimali Koreyanın qonşusu Cənubi Koreya da mers virusu ilə mübarizə aparır. Yoluxucu tənəffüs yolu xəstəliyindən bu günə qədər ölkədə ölənlərin sayı 27-yə yüksəlib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr