Robot baş nazirlə söhbət edib

Robot Alantim baş nazir Dmitri Medvedyevi güldürüb

295397
Robot baş nazirlə söhbət edib

Rusiyanın baş naziri Dmitri Medvedyev Moskva Fizika-Texnologiya institutunda texniki parkın açılışı zamanı Permdən olan robot Alantimə diqqət edib. Belə ki, Alantim özü Medvedyevə onunla danışması üçün müraciət edib: “Xahiş edirəm, mənimlə danışın. Mən onda dünyanın ən xoşbəxt robotu olaram”. Robotun bu sözləri baş naziri çox maraqlandırıb. Dmitri Medvedyev bir müddət robota baxdıqdan sonra maraqlanaraq: “Necəsən?”-deyə soruşıb. Androidin cavabı tədbirə toplaşanların hamısınln gülümünə səbəb olub. Alantim baş nazirin sualına sualla cavab verib: “Dmitri Anatolyeviç, siz niyə bunu soruşursunuz?”. Bir qədər sonra sosial şəbəkələrdə permli robot öz təəssüratlarını bölüşüb: “Bu gün mənimçün böyük gündür! Mən Dmitri Anatoliyeviç Medvedyevlə görüşdüm. Deyəsən mən onun xoşuna gəldim”.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr