Uşaq-robot "iCub"a qardaş gəldi

ODTÜ-lü alimlər 3,5 yaşlı bir uşağın ağıl və hərəkətlərinə malik olan “Nao” adlı uşaq-robot yaradaraq "iCub"la qarşı-qarşıya gətiriblər.

265735
Uşaq-robot "iCub"a qardaş gəldi

  Ankarada Orta Şərq Texniki Universitetinin Kompüter Mühəndisliyi fakültəsinin müəllimi, dossent yardımçısı Sinan Kalkan “şirin” robot Naonun otura, qalxa, rəqs edə, söz deyə, danışılanları anlaya, ətrafını kameralarla görə və futbol oynaya bildiyini deyib.

  Kalkan Naonun qabiliyyətlərini Avropa İttifaqı layihəsi çərçivəsində ODTÜ laboratoriyalarında 3,5 yaşlı bir uşağın hərəkət və ağlına görə düzəldiklərini bildirib. Gələcəkdə gündəlik həyatda robotların çox olacağını və robotların insan həyatına təsir edəcəyini deyən Kalkan "ODTÜ laboratoriyalarında bu gün biri Nao, biri iCub olmaqla iki insanabənzər robot var. Biz bu iki robotun bir-biriylə “qarşılıqlı münasibətləri”ni davam etdiririk" deyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr