Kürə Dağları Milli Parkında bir ilk

Bartın və Kastamonu sərhədlərində yerləşən Kürə Dağları Milli Parkında su samuru ilk dəfə olaraq nümayiş etdirilib.

251831
Kürə Dağları Milli Parkında bir ilk

  Bu günə qədər ayaq izləri və nəcisindən başqa heç nəyi məlum olmyan, varlığı az qala bilinməyən su samurunun görüntüləri tələ-fotolarla əldə olunub.

  Çay və göl sahillərində qazdığı çuxurlarda yaşayan su samuru balıq və qurbağa ilə bəslənir, əsasən yalnız gəzir.

  Orta hesabla 1,5 metr boy və 15 kiloqram ağırlıqda olan su samurları ildə bir bala doğur.

  Nəsli yoxolma təhlükəsiylə qarşı-qarşıya olan heyvanın ovlanılması yasaqlanıb. Qadağaya əməl etməyənlərə 2-5 il arası həbs və 3.200 lira pul cəzaları tətbiq olunacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr