Asteroidlərlə bağlı yeni açıqlamalar

Yer kürəsinin 500-ə yaxın asteroidlə toqquşmaq təhlükəsi var

243093
Asteroidlərlə bağlı yeni açıqlamalar

Avropa Kosmos Agentliyinin (ESA) İtaliyanın Fraskati şəhərində keçirilən elmi yığıncağında mütəxəsisslər tərəfindən səslənən fikirlərə görə, Yer kürəsinin 500-ə yaxın asteroidlə toqquşmaq təhlükəsi var. Agentliyin direktoru Detlef Koçni Yer kürəsini təhdid edən 500-ə yaxın asteroidin yaxın vaxtlarda planetimizlə toqquşması mümkünlüyünün 100-də bir nisbətində olduğunu qeyd edib.
Direktor real təhlükə yaranacağı təqdirdə vəziyyətdən iki çıxış yolu olduğunu bildirib. Yerə istiqamətlənən asteroidlərin sürətini azaldaraq onların planetimizdən yan keçməsinə nail olmaq, ikincisi isə onları nüvə bombalarının köməyi ilə dağıtmaq. Bundan başqa, Yer kürəsində böyük dağıntılara və canlıların kütləvi məhvinə səbəb ola biləcək asteroidlərin qarşısını almaq istiqamətində elmi tədqiqatların davam etdirildiyi də vurğulanıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr