Günəş batareyaları ilə işləyən təyyarə

Günəş batareyaları ilə işləyən təyyarə dünya ətrafında uçuşa hazırlanır

257324
Günəş batareyaları ilə işləyən təyyarə

Texniki problemlərə və əlverişsiz hava şəraitinə baxmayaraq günəş batareyaları ilə qidalanan İsveçrənin Solar Impulse 2 təyyarəsi 12 mərhələdən ibarət dünya ətrafı səyahətin ilk mərhələsini Omanın paytaxtında başa vurub.
Səyahətin 5 ay davam edəcəyi planlaşdırılır. Bu müddət ərzində Solar Impulse 2 təyyarəsi 35 min kilometr uçmalıdır. Aparatı növbə ilə isveçrəli pilotlar Andre Borşberq və Bertran Pikar idarə edəcəklər.

Elektrik sistemində baş vermiş nasazlıq səbəbindən təyyarə Birləşmiş Ərəb Əmirliyinin paytaxtından 15 dəqiqəlik gecikmə ilə havaya qalxıb və 13 saat sonra - planlaşdırıldığından bir saat gec Omanda yerə enib. Gecikmənin səbəbi kimi əlverişsiz hava şəraiti göstərilir. Qeyd edək ki, müasir sərnişin təyyarələri bu məsafəni bir saata qət edirlər.

Bu gün təyyarənin Hindistan istiqamətində yola düşəcəyi gözlənilir. Oradan Çinə yollanacaq təyyarə daha sonra Sakit Okeanı qət etməlidir. ABŞ və Avropa ölkələri üzərindən uçaraq Birləşmiş Ərəb Əmirliklərində dünya səyahətini başa vuracaq Solar Impulse 2-nin Rusiyanın hava məkanından keçməyəcəyi bildirilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr