100 kilometr yol 3 lirəlik yanacaqla gedilә bilәcәk

Elm, Sənaye və Texnologiya naziri Fikri İşıq, yerli avtomobil İstehsalı mövzusunda açıqlama verib.

210199
100 kilometr yol 3 lirəlik yanacaqla gedilә bilәcәk

100 kilometr yol 3 lirə ilә gedilә bilәcәk.
Elm, Sənaye və Texnologiya naziri Fikri Işık, yerli avtomobil mövzusunda mənzili artırılmış ardıcıl hibrit avtomobil buraxmağa xüsusi diqqәt ayırdıqlarını ifadə edərək, avtomobilin şəhər daxilindә orta hesaba görә 100 kilometr yolu 3 lirəlik xərclə gedә bilәcәyini qeyd edib.
Işık, xüsusi bir televiziya kanalına verdiyi açıqlamada şəhər xaricində maye yanacaqla işləyən kiçik bir generator vasitəsilə istehsal edilәn elektrik batareyaya köçürülәrәk avtomobillə uzun məsafə səfər edilə biləcəyini söyləyib.
Generatorun ehtiyac duyduğu bir neçə litrlik benzin ya da dizel yanacaqla davamlı səyahətin təmin ediləcəyini ifadə edən İşıq, yerli avtomobilin mənzili artırılmış elektrik hibrit vasitə olacağını qeyd edib.
Yerli elektrikli avtomobilin çox az xәrclәr uzun məsafə gedə bilәcәyini deyәn Fikri Işık, hazırda bazarda olan mühәrrikli ən yaxşı yanacaq qənaəti təmin edən vasitələrdən daha 40 faiz sәrfәli olacağını vurğulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr