Tǝhsil nazirlǝri toplantısı, sabah Azǝrbaycanın paytaxtı Bakıda

Türkdilli Dövlǝtlǝrin Әmǝkdaşlıq Şurasına üzv ölkǝlǝrin tǝhsil nazirlǝri toplantısı, sabah Azǝrbaycanın paytaxtı Bakıda başlayacaq.

207748
Tǝhsil nazirlǝri toplantısı, sabah Azǝrbaycanın paytaxtı Bakıda

Türkdilli Dövlǝtlǝrin Әmǝkdaşlıq Şurasına üzv ölkǝlǝrin tǝhsil nazirlǝri toplantısı, sabah Azǝrbaycanın paytaxtı Bakıda başlayacaq.
Bu gün isǝ bu toplantıya hazırlıq mǝqsǝdilǝ görüş keçirilir.
Tədbirdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin Təhsil Nazirliklərinin yüksək vəzifəli şəxsləri iştirak edirlər.
Görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələr arasında təhsil sahəsində əməkdaşlığın vəziyyəti və əlaqələrin inkişafının əsas istiqamətləri, o cümlədən mübadilə proqramları, ortaq dərsliklərin işlənib hazırlanması, orta məktəb səviyyəsində şagird mübadiləsi, Türk Akademiyasının Elmi Şurasının yaradılması və digər məsələlər müzakirə olunur.
Türk Şurasının Baş katibi Ramil Hǝsǝnov, toplantının açılış hissǝsindǝ çıxış edǝrǝk toplantının Türk dövlǝtlǝrinin tǝhsil sahǝsindǝki ǝmǝkdaşlığına dayaq olacağını vurğulayıb.
Azərbaycanın ev sahibliyi ilə keçiriləcək görüşdə Milli Tǝhsil naziri Nabi Avcı, Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov, Türkiyə Ali Təhsil Şurasının sədri Yekta Saraç, Qırğızıstanın təhsil naziri Kanat Sadıkov, Qazaxıstan Təhsil Nazirliyinin məsul katibi Aliya Qalimova, həmçinin müşahidəçi qismində Türkmənistan nümayəndələri, Türk Şurasının baş katibi Ramil Həsənov, Türk Akademiyasının rəhbəri Darhan Kıdırali, Azərbaycanın bir sıra ali təhsil müəssisələrinin və digər müvafiq qurumların nümayəndələri iştirak edəcəklər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr