"Beynəlxalq Media Təhsili" proqramı başa çatıb

38 ölkədən 170 media nümayəndələrini bir araya gətirən proqramda radio, televiziya və sosial media sahələri ilə bağlı dərslər keçilib.

190816
"Beynəlxalq Media Təhsili" proqramı başa çatıb

38 ölkədən 170 media nümayəndələrini bir araya gətirən proqramda radio, televiziya və sosial media sahələri ilə bağlı dərslər keçilib.
"Məktəb" missiyasını üzərinə götürən TRT, daha geniş proqramlarla bu cür tədbirləri davam etdirəcək.
2 həftəlik təhsil proqramında, xəbər, kamera, fantastika, müsahibə almaq yolları və ictimai media sahələri ilə bağlı dərslər keçilib.
Yunus Əmrə İnstitutunun müəllimləri tərəfindən iştirakçılara türk dilində dərslər də keçilib.
TRT, xarici media mənsublarına verdiyi dərsləri daha geniş tərkibdə davam etdirməyi qarşıya məqsəd qoyub.
TRT-nin baş direktoru Şenol Göka, "Əsas fikrimiz TRT-ni beynəlxalq sahədə təhsil mərkəzi etməkdir. İkincisi də bura, bizim dərslərimizdə iştirak edənlər ölkələrinə döndüklərində həm Türkiyənin dostu olsunlar həm bundan sonra media sahəsindəki inkişafları Türkiyə üzərindən və Türk dilində olaraq təqib etsinlər. Ümid edirəm məqsədimizi reallaşdırdıq” deyib.
Tədbirin sonunda iştirakçılara sertifikat verilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr