Türkiyǝ Daşkömürü Qurumu heyǝti birinci yeri tutub

Heyǝt, Polşada keçirilǝn “9-cu Beynǝlxalq Mǝdǝn Ocaqlarında Xilasetmǝ” müsabiqǝsindǝ birinci yeri alıb.

124316
Türkiyǝ Daşkömürü Qurumu heyǝti birinci yeri tutub

Türkiyǝ Daşkömürü Qurumu heyǝti birinci yeri tutub
Somada baş verǝn mǝdǝn qǝzasında xilasetmǝ fǝaliyyǝtlǝrindǝ iştirak edǝn Qurumun heyǝti, Polşada keçirilǝn “9-cu Beynǝlxalq Mǝdǝn Ocaqlarında Xilasetmǝ” müsabiqǝsindǝ birinci yeri alıb.
Bytom şǝhǝrindǝ 6-12 sentiyabrda tǝşkil edilǝn yarışmaya Qurumdan 13 nǝfǝrdǝn ibarǝt heyǝtlǝ yanaşı Avstraliya, Yeni Zelandiya, ABŞ, Kanada, Polşa Vyetnam, Çin, Rusiya, Slovakiya, Rumıniya, Kolumbiya, Qazaxıstan vǝ Hindistandan 23 heyǝt qatılıb.
Müsabiqǝdǝ, Türkiyǝ Daşkömürü Qurumu heyǝti, cihazların qorunub saxlanılması, tǝmir işlǝri vǝ qazın miqdarının müǝyyǝn edilmǝsi sahǝlǝrindǝ birinci yeri tutub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr