BMT ebola ilə mübarizənin qiymətini açıqlayıb

113534
BMT ebola ilə mübarizənin qiymətini açıqlayıb

Bu barədə məlumatı "Reuters" agentliyi yayıb. Bir müddət əvvəl daha doğrusu keçən həftə Ümumdünya Səhiyyə Təşkilatı bəyan etmişdi ki, ebola ilə mübarizə üçün ayrılacaq vəsaitin miqdarı 490 milyon dollar civarında ola bilər.
Xatırladaq ki, ebola epidemiyası bu ilin fevralında Qvineyada baş qaldırıb. Sonra virus qonşu Serra-Leon, Liberiya və Nigeriyaya yayılıb. Avqustun 25-də isəməlum olub ki, xəstəlik artıq Konqo Demokratik Respublikasına yayılıb. Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, virus 1900 insanı həyatdan aparıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr