ASELSAN ilǝ ABŞ arasında ǝmǝkdaşlıq

ASELSAN, uçan pilotsuz sistemlǝr sahǝsindǝ dünya lideri Amerika firması üçün elektron, elekro-optik vǝ kommunikasiya sistemlǝri istehsal edǝcǝk.

131688
ASELSAN ilǝ ABŞ arasında ǝmǝkdaşlıq

ASELSAN, uçan pilotsuz sistemlǝr sahǝsindǝ dünya lideri Amerika firması üçün elektron, elekro-optik vǝ kommunikasiya sistemlǝri istehsal edǝcǝk.
Orta qoyulan lahiyǝlǝr isǝ dünya bazarlarına ortaq şǝkildǝ tǝqdim edilǝcǝk.
ASELSAN, Türkiyǝnin ǝn iri müdafiǝ sǝnaye qurumu vǝ dǝyişik sahǝlǝrdǝ Türk Silahlı Qüvvǝlǝri üçün önǝmli sistemlǝr ixtira edir.
ABŞ-da fǝaliyyǝt göstǝrǝn Aeorovironment firması isǝ pilotsuz uçan sistemlǝr sahǝsindǝ dünya bazarının 85 faizinǝ sahibdir.
Türk Altıoy firması da hǝlǝ Türkiyǝdǝ olmayan Yüksǝk Hündürlük Uzun Havada Qalmaq Pilotsuz Hava sistemlǝri texnologiyasını Türkiyǝyǝ qazandırmağa cǝhd göstǝrir. Bu firma eyni zamanda Amerika firması ilǝ ortaqdır.
ASELSAN, mülki vǝ hǝrbi aviasiyada istifadǝ edilǝcǝk sistemlǝr ortaya çıxarılması barǝdǝ bu iki firma ilǝ ǝmǝkdaşlıq sǝnǝdi imzalayıb.
Buna görǝ, ASELSAN, Amerika firmasının buraxdığı “Global Observer” adlı Yüksǝk Hündürlük Pilotsuz Uçan Sistemlǝr elektron, elekro-optik vǝ kommunikasiya sistǝmlǝri istehsal edǝcǝk
ASELSAN, bu ǝmǝkdaşlıq sayǝsindǝ önǝmli texnologiya qazancı vǝ qlobal bazarlarla ǝlaqǝ saxlamaqda böyük üstünlük eldǝ edǝcǝk.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr