İsveçrədə Ukrayna Sülh Konfransı keçiriləcək

İsveçrə Konfederasiyasının sədri Viola Amherd paytaxt Berndə olacaq tədbirlə bağlı keçirdiyi mətbuat konfransında deyib ...

2151160
İsveçrədə Ukrayna Sülh Konfransı keçiriləcək

 

  İyunun 15-16 tarixlərində İsveçrədə keçiriləcək Ukrayna Sülh Konfransında 90 ölkə və beynəlxalq təşkilat iştirak edəcək.

  İsveçrə Konfederasiyasının sədri Viola Amherd paytaxt Berndə olacaq tədbirlə bağlı keçirdiyi mətbuat konfransında deyib: “90 ölkə və təşkilatın konfransda iştirak edəcəkləri təsdiqlənib. Təxminən yarısı Avropadan olan iştirakçı ölkələrin yarısı ən yüksək səviyyədə dövlət başçısı, qalanları isə nazirlər səviyyəsində təmsil olunacaq.

  15-16 iyun tarixlərində İsveçrənin Nidvalden kantonunun Bürgenstok qəsəbəsində keçiriləcək Ukrayna Sülh Konfransında Rusiya ilə Ukrayna arasında 2022-ci ilin fevral ayından bəri davam edən müharibə üçün beynəlxalq hüquqa əsaslanan daimi sülhün əldə edilməsi yolları müzakirə ediləcək.

  İsveçrə rəsmiləri bildirirlər ki, konfransın məqsədi sülh danışıqlarının əsasını qoymaqdır.



Әlaqәli Xәbәrlәr