Dmitri Pskov: ‘‘Vladimir Putin Hakan Fidanla görüşәcәk’’

Jurnalistlәrin suallarını cavablandıran Dmitri Peskov Vladimir Putinin işgüzar sәfәr üçün Rusiyaya sәfәr edәn Hakan Fidanı qәbul edәcәyini bildirib.

2151595
Dmitri Pskov: ‘‘Vladimir Putin Hakan Fidanla görüşәcәk’’

Rusiya Prezidenti Vladimir Putin Türkiyәnin xarici işlәr naziri Hakan Fidanla görüşәcәk.

Bu barәdә Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov mәlumat verib.

Jurnalistlәrin suallarını cavablandıran Dmitri Peskov Vladimir Putinin işgüzar sәfәr üçün Rusiyaya sәfәr edәn Hakan Fidanı qәbul edәcәyini bildirib.

Dmitri Peskov Hakan Fidanın Moskvada müxtәlif sәviyyәlәrdә görüşlәr keçirdiyini vә bunun nәticәlәrini Vladimir Putinlә qiymәtlәndirәcәyini qeyd edib.

Әnәnәvi olaraq Rusiya-Türkiyә gündәliyinin çox әhatәli olduğunu ifadә edәn Dmitri Peskov müzakirә olunacaq çox sayda mövzunun olduğunu deyib.



Әlaqәli Xәbәrlәr