ABŞ Dövlət katibi yenə Yaxın Şərq turundadır

ABŞ Dövlət katibi Qəzzada mülki itkiləri minimuma endirməyin ən yaxşı yolunun atəşkəs olduğunu vurğulayaraq deyib ...

2151162
ABŞ Dövlət katibi yenə Yaxın Şərq turundadır

 

  Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Entoni Blinken növbəti dəfə Yaxın Şərqə səfər edib.

  E.Blinken Yaxın Şərq görüşlərinin ilk dayanacağı Misirin paytaxtı Qahirədə ölkə prezidenti Əbdülfəttah əs-Sisi ilə bir araya gəlib. Görüşdən sonra açıqlama verən ABŞ Dövlət katibi Qəzzada mülki itkiləri minimuma endirməyin ən yaxşı yolunun atəşkəs olduğunu vurğulayaraq deyib: “İsrail və “Həmas” arasında atəşkəs və girov mübadiləsi üçün səyləri gücləndirmək mövzusunda Misirlə razılığa gəldik”.

  Misir prezidenti Sisi də humanitar yardımın çatdırılması qarşısındakı maneələrin aradan qaldırılması üçün beynəlxalq səylərin vacibliyini söyləyib.

  Entoni Blinken iyunun 11-də İsraildə danışıqlar aparacaq: İsrailin baş naziri Binyamin Netanyahu və müdafiə naziri Yoav Qallant ilə görüşəcək. Onun görüşəcəyi adamlar arasında İsrailin müharibə kabinetindən istefa vermiş Benni Gantz da var.

  ABŞ Dövlət katibi İsraildən sonra İordaniya və Qətərə yola düşəcək.

 



Әlaqәli Xәbәrlәr