İsrail ordusunun intensiv hücumları nəticəsində 17 nəfər də öldü

Fələstinin WAFA xəbər agentliyinin yaydığı məlumata görə, İsrail ordusu Qəzza şəhəri ilə Qəzza zolağının Rəfah şəhərindəki iki evi hədəf alıb.

2143291
İsrail ordusunun intensiv hücumları nəticəsində 17 nəfər də öldü

İsrail ordusunun Qəzza zolağının şimal və cənubunu hədəf alması nəticəsində azı 10-u uşaq olmaqla 17 fələstinli həyatını itirib.
Fələstinin WAFA xəbər agentliyinin yaydığı məlumata görə, İsrail ordusu Qəzza şəhəri ilə Qəzza zolağının Rəfah şəhərindəki iki evi hədəf alıb.
İsrail qüvvələrinin Qəzza şəhərinin mərkəzindəki ed-Derec məhəlləsindəki bir evi bombalaması nəticəsində azı 10-u uşaq olmaqla 16 fələstinli həyatını itirib, çox sayda insan yaralanıb.
Rəfah şəhərində "əş-Şair" ailəsinə məxsus evin hədəf alınması nəticəsində isə bir fələstinli həyatını itirib.
İsrail döyüş təyyarələrinin Qəzza zolağının Cibaliya və Zeytun məhəllələrinə endirdiyi hava zərbələri nəticəsində aralarında uşaqların da olduğu azı 21 fələstinli həyatını itirib, onlarla fələstinli yaralanıb.
İsrail ordusu iki günlük hərbi hücumlardan sonra işğal altındakı İordan çayının qərb sahilinin şimalındakı Cenin şəhəri və Cenin qaçqın düşərgəsindən çıxıb.



Әlaqәli Xәbәrlәr