Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
Rusiya nüvə silahından istifadə ilə bağlı təlimlərə başlayıb.
![Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı](http://cdn.trt.net.tr/images/xlarge/rectangle/d9dc/e692/3c35/664d95f7b63ea.jpg?time=1718758047)
Rusiya nüvə silahından istifadə ilə bağlı təlimlərə başlayıb.
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada deyilir: “Rusiya prezidentinin tapşırığına əsasən, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının rəhbərliyi ilə Cənub Hərbi Dairəsində qeyri-strateji nüvə silahlarının hazırlanması və istifadəsi üzrə təlimin birinci mərhələsi başlayıb''.
Açıqlamada bildirilib ki, təlim çərçivəsində sözügedən bölgədəki hərbi birliklər “İskəndər” taktiki raket sistemi üçün lazım olan sursatları təyin olunan nöqtəyə çatdırıb və onların istifadəsi üçün hazırlıq işləri görəcək.
Açıqlamada həmçinin qeyd olunub ki, təlimdə hipersəsli “Kinjal” raketləri ilə təchiz edilmiş təyyarələr də iştirak edəcək.
Әlaqәli Xәbәrlәr
![Şərqi Qüds və İordan çayının qərb sahilində vəziyyət get-gedə pisləşir](http://cdn.trt.net.tr/images/medium/rectangle/f927/6685/c0fc/667169b65a2a6.jpg?time=1718758048)
Şərqi Qüds və İordan çayının qərb sahilində vəziyyət get-gedə pisləşir
BMT-nin İnsan Haqları üzrə ali komissarı Volker Türk toplantıda çıxış edərək deyib ...