Bəzi Avropa ölkələri Gürcüstana sanksiyalar tətbiqi təklif edib

Bir qrup Avropa İttifaqı (Aİ) ölkəsi “Xarici təsirin şəffaflığı” qanununa əsasən, Gürcüstanla viza liberallaşdırılmasını ləğv etməyi düşünür

2142884
Bəzi Avropa ölkələri Gürcüstana sanksiyalar tətbiqi təklif edib

 

  Hollandiya, Çexiya, Estoniya və İsveç də daxil olmaqla bir qrup Avropa İttifaqı (Aİ) “Xarici təsirin şəffaflığı” qanununa əsasən, Gürcüstanla viza liberallaşdırılmasını ləğv etməyi düşünür.

  “Financial Times” yazır: “Bu ölkələrin nümayəndələri Aİ-nin qanunverici orqanlarına rəsmi Tiflisə sanksiyalar tətbiq etməyi təklif edib. Təklif olunan tədbirlərə Gürcüstanın Aİ fondlarında olan aktivlərinin dondurulması və “Xarici agent” qanununu dəstəkləyən siyasətçilərə qarşı fərdi sanksiyalar daxildir.

  Xatırladaq ki, Aİ 2017-ci ildə Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv etmişdi. Bununla belə, avropalı diplomatların bir çoxu ölkələrin vizasız keçidlərin ləğvinin tərəfdarı olmadığını bildirərək "İnsanları hədəf almaqda diqqətli olmaq lazımdır" deyir.



Әlaqәli Xәbәrlәr