G7-yə üzv ölkələrin xarici işlər nazirləri bu gün bir araya gələcək

G7-yə üzv ölkələrin xarici işlər nazirləri İtaliyanın baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajaninin ev sahibliyində beynəlxalq  gündəmdəki məsələləri müzakirə edəcəklər.

2129023
G7-yə üzv ölkələrin xarici işlər nazirləri bu gün bir araya gələcək

Amerika Birləşmiş Ştatları (ABŞ), Almaniya, Fransa, İngiltərə, İtaliya, Kanada və Yaponiyadan ibarət G7 ölkələrinin xarici işlər nazirləri bu gün İtaliyanın ev sahibliyində beynəlxalq məsələləri müzakirə etmək üçün bir araya gələcəklər.
G7-yə üzv ölkələrin xarici işlər nazirləri İtaliyanın baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajaninin ev sahibliyində beynəlxalq  gündəmdəki məsələləri müzakirə edəcəklər.

İtaliya Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, görüşdə Yaxın Şərqdəki proseslər, İranın İsrailə hücumu və onun nəticələri, Qəzza və Qırmızı dəniz böhranı müzakirə olunacaq.

Antonio Tajani G7-yə üzv ölkələrin xarici işlər nazirlərinin Rusiyanın Ukraynaya hücumunu müzakirə edəcəyi iclasa Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və NATO-nun baş katibi Yens Stoltenberqi də dəvət edib.
İclas çərçivəsində Afrika məsələsi də müzakirə olunacaq.
Bu sessiyada Mavritaniyanın xarici işlər naziri, Afrika İttifaqının (AfB) sədri Məhəmməd Salim Merzuk iştirak edəcək.
Sessiyada G7 ölkələrinin Afrika ilə tərəfdaşlığının gücləndirilməsi müzakirə olunacaq.
Görüşdə Hind-Sakit okean regionunun sabitliyi, süni intellekt, kibertəhlükəsizlik, infrastruktur əlaqələri və dezinformasiya ilə mübarizə məsələləri də müzakirə olunacaq.



Әlaqәli Xәbәrlәr