Dünyanın müxtəlif ölkələrində Fələstinə dəstək nümayişləri davam edir

ABŞ-ın Kolumbiya Universitetində təhsil alan tələbələr Fələstinə dəstək məqsədilə kampusda çadırlar qurublar.

2129322
Dünyanın müxtəlif ölkələrində Fələstinə dəstək nümayişləri davam edir

Dünyanın müxtəlif ölkələrində Fələstinə dəstək nümayişləri davam edir.
ABŞ-ın Kolumbiya Universitetində təhsil alan tələbələr Fələstinə dəstək məqsədilə kampusda çadırlar qurublar.
Tələbələr İsrail hücumları dayandırılana qədər etirazlarını davam etdirmək qərarına gəliblər.
İngiltərə növbəti dəfə İsrail əleyhinə nümayişə ev sahibliyi edib.
Yüzlərlə fələstinli tərəfdar paytaxt Londonda parlament binası qarşısında toplaşıb. Nümayişçilər İsrailə silah satışının dayandırılmasını tələb ediblər.
İşçi Partiyasından olan deputatların da qatıldığı nümayişdə Britaniya hökumətinin İsrailə silah satmasına etiraz edilib. Hökumətdən İsraili qınamaq istənilib.
İsveçin Malmö şəhərində toplaşan nümayişçilər də İsrail həbsxanalarında saxlanılan fələstinlilərin azad edilməsini tələb ediblər.
Almaniyanın paytaxtı Berlində fələstinli tərəfdarlar küçələrə axışıb.
Dərhal atəşkəsə çağıran nümayişçilər İsrailin 7 oktyabrdan bəri Qəzzaya qarşı davam edən hücumlarını pisləyib.



Әlaqәli Xәbәrlәr