“İranın İsrailə hava hücumuna cavab verəcəyik”, H.Halevi

İsrailin dövlət televiziyası KAN İrana qarşı planlaşdırılan "məhdud hücum"un hərtərəfli müharibəyə sürükləyəcəyini bildirib

2128168
“İranın İsrailə hava hücumuna cavab verəcəyik”, H.Halevi

 

  İsrail Baş Qərargah rəisi Herzi Halevi İranın ölkəsinə hava hücumuna cavab verəcəklərini bəyan edib.

  İsrailin dövlət televiziyası KAN İrana qarşı planlaşdırılan "məhdud hücum"un hərtərəfli müharibəyə sürükləyəcəyini bildirib.

  Herzi Halevi Qəzzanın İranla gərginliyin artması səbəbindən ikinci plana keçməsinin arzu olunmadığına diqqət çəkərək deyib: “İran öz ərazisindən birbaşa hücuma keçdiyi üçün qırmızı xətti keçdi və buna cavab vermək vacibdir.

  İsrail Hərbi Hava Qüvvələri İrana qarşı mümkün hücum hazırlıqlarını tamamladı. İranda sui-qəsd əməliyyatları və ya genişmiqyaslı elektron hücum nəzərdə tutulmur. Ancaq İranın hava hücumuna cavab verəcəyik”.



Әlaqәli Xәbәrlәr