İran İsrailin hədəsinə cavab verdi

“Yarımvurca” xəbər agentliyinin verdiyi məlumata görə ...

2128194
İran İsrailin hədəsinə cavab verdi

 

  İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan İsrailin mümkün hücumuna tez, daha ​​güclü və geniş cavab verəcəklərini bildirib.

  “Yarımvurca” xəbər agentliyinin verdiyi məlumata görə, H.A.Abdullahiyan İngiltərənin xarici işlər naziri Devid Kemeronla telefonda danışıb. O, həmkarına həftə sonu İranın İsrailə hücumunun özünümüdafiə olduğunu və bölgədəki böhranların kökündə İsrailin dağıdıcı siyasətlərinin dayandığını bildirib.

  İngiltərənin İsrailin Qəzzada on minlərlə dinc sakinin həlak olduğu hücumuna verdiyi dəstəyi tənqid edən İran xarici işlər naziri deyib: “Son 6 ayda Qəzzanın məzlum xalqının üzərinə yüz minlərlə ton bomba atıldığı halda İngiltərə İranın Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünümüdafiə çərçivəsində İsrail rejiminin diplomatik məkanlara hücumuna reaksiyasından narahat olması təəccüblüdür.

  İran bölgədə gərginliyin artmasını istəmir, lakin İsrail hökuməti macəra axtararsa, rəsmi Təl-Əviv İran ərazisinə mümkün hücum edərsə, bizim növbəti reaksiyamız daha sürətli, daha güclü və əhatəli olacaq”.



Әlaqәli Xәbәrlәr