“İranın hücumu - müharibə elanıdır”, İ.Hersoq

İ.Hersoq İranın aprelin 13-nə keçən gecə həyata keçirdiyi hava zərbələri ilə bağlı Britaniyanın “Sky News” televiziyasına açıqlama verərək deyib ...

2127879
“İranın hücumu - müharibə elanıdır”, İ.Hersoq

 

  İsrail prezidenti İsaak Hersoq İranın ölkəsinə hava zərbələri endirməsindən sonra "bütün variantları nəzərdən keçirdikləri”ni bildirib.

  İ.Hersoq İranın aprelin 13-nə keçən gecə həyata keçirdiyi hava zərbələri ilə bağlı Britaniyanın “Sky News” televiziyasına açıqlama verərək deyib: “İranın hücumu - müharibə elanıdır. Biz təmkinliyik. İranla münaqişənin nəticələrini bilirik. Tərəfdaşlarla bütün variantları nəzərdən keçiririk.

  İsrail sülh tərəfdarıdır. Qurulduğu gündən bu yana bölgədə ən son çarəsi müharibə etmək oldu.

  Bu gün bizim üçün prioritet məsələ Qəzzadakı məhbusların sərbəst buraxılmasıdır.

  Qəzzaya bir çox keçid qapılarını açdıq və yardımların paraşütlə atılmasını təmin etdik”.

  Xatırladaq ki, İsrail aprelin 1-də İranın Suriyadakı - Dəməşqdəki konsulluğunun binasına hava hücumu həyata keçirib, nəticədə ikisi general olmaqla İran İnqilab Mühafizləri Korpusundan 7 nəfər həlak olub.

  İran bəyan etmişdi ki, “İsrailin konsulluğuna hücum onun ölkə ərazisinə hücum deməkdir və buna cavab verəcəklər”.

  İsrail də İranın hücumlarına cavab verəcəyini bəyan edib.

  Aprelin 13-ə keçən gecə İran yüzlərlə kamikadze pilotsuz uçuş aparatı, ballistik və qanadlı raketlərlə İsrailə hücum edib və bir sıra hərbi hədəfləri vurub.

  İsrail bildirib ki, hücumların əksəriyyətinin qarşısı hava hücumundan müdafiə sistemləri tərəfindən alınıb, lakin raket cənubdakı hərbi bazaya düşüb.



Әlaqәli Xәbәrlәr