İsrail ordusu Ramazan bayramında da fələstinliləri qətlə yetirdi

İsrail ordusunun Ramazan bayramının 2-ci günü Qəzza zolağındakı məktəb, məscid və bazarları hədəf alması nəticəsində 20 fələstinli həyatını itirib.

2126904
İsrail ordusu Ramazan bayramında da fələstinliləri qətlə yetirdi

İsrail ordusunun Ramazan bayramının 2-ci günü Qəzza zolağındakı məktəb, məscid və bazarları hədəf alması nəticəsində 20 fələstinli həyatını itirib.
Qəzzadakı hökumətin media ofisindən verilən açıqlamada, İsrail ordusunun bayram günlərində Qəzza zolağında mülki əraziləri hədəf aldığı bildirilib.
Açıqlamada qeyd olunub ki, İsrail ordusu soyqırım savaşını davam etdirərək gün ərzində dinc sakinlərlə dolu iki məscid, iki məktəb və iki bazarı bombalayıb. Son 24 saat ərzində Qəzza zolağında çox sayda hücum törədib, 20 fələstinli həyatını itirib.
İsrail ordusunun Qəzza zolağının mərkəzindəki Nusayrat qaçqın düşərgəsindəki Muaz bin Cebel və Zunnurayn məscidlərini bombaladığı və məscidlərdən birinin müəzzinin həyatını itirdiyi bildirilib.
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) tabe olan Nusayrat orta məktəbi və Malayziya məktəbinin İsrail ordusu tərəfindən hədəf alınması nəticəsində 3  fələstinlinin həyatını itirdiyi qeyd olunub.
İsrail ordusunun Qəzza şəhərindəki Firas bazarını və Deyr əl-Belahdakı motosiklet bazarını bombalaması nəticəsində 7 fələstinlinin həlak olduğu vurğulanıb.
İsrail ordusunun Qəzzanın mərkəzini və Deyr əl-Belahdakı bir yaşayış məntəqəsini bombalaması nəticəsində 9 nəfərin həyatını itirdiyi bildirilib.



Әlaqәli Xәbәrlәr