ÜST: ''Dünyada hər gün 3500 insan hepatit B və C infeksiyalarından ölür''

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dərc etdiyi "2024 Qlobal Hepatit Hesabatı"nda hepatitdən ölüm hallarının artdığı bildirilib.

2126508
ÜST: ''Dünyada hər gün 3500 insan hepatit B və C infeksiyalarından ölür''

Dünyada hər gün 3500 insan hepatit B və C infeksiyalarından ölür.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dərc etdiyi "2024 Qlobal Hepatit Hesabatı"nda hepatitdən ölüm hallarının artdığı bildirilib.
Hesabatda hər il 1 milyon 300 min insanın viral hepatitdən öldüyü və hepatit infeksiyasının dünyada yoluxucu xəstəliklər səbəbindən qeydə alınan ölüm hallarının ikinci ən böyük səbəbi olduğu bildirilib.
Ümumdünya Səhiyyə Təşkilatının əldə etdiyi yeni məlumatlara əsasən, viral hepatitdən bir ildə ölənlərin sayı 1,3 milyona yüksəlib.
"Bu ölümlərin 83 faizi hepatit B, 17 faizi isə hepatit C infeksiyasından olub. Dünyada hər gün 3500 insan hepatit B və C infeksiyası səbəbindən ölür",-deyə məlumatda qeyd olunub.



Әlaqәli Xәbәrlәr