Stefan Seyorne: ''Fransa İsrailə sanksiya tətbiq edə bilər''

Fransanın xarici işlər naziri Stefan Seyorne Qəzzaya humanitar yardım materiallarının çatdırılması üçün İsrailə təzyiq və sanksiyaların tətbiq oluna biləcəyini bildirib.

2126478

Fransanın RFI radiosuna müsahibə verən Stefan Seyorne Qəzzaya humanitar yardım məsələsini qiymətləndirib.
Humanitar yardımın çatdırılması üçün Qəzza zolağının şimal və cənubundakı keçid məntəqələrinin açılmasını tələb edən Seyorne bölgəyə yüzlərlə yardım maşınının keçməsinin vacibliyini vurğulayıb.
İordan çayının qərb sahilində fələstinlilərə qarşı zorakılıq edən qeyri-qanuni yəhudilərə qarşı Avropa səviyyəsində sanksiya təklif edən ilk ölkənin Fransa olduğunu qeyd edən Stefan Seyorne humanitar yardımın Qəzzaya çatmasını təmin etmək üçün lazım gələrsə, bunu davam etdirəcəklərini qeyd edib.
Stefan Seyorne Fələstin məsələsinin iki dövlətli həll prinsipi çərçivəsində həll edilməsinin tərəfdarı olduqlarını vurğulayaraq ölkəsinin İsrailin dostu olmağa davam edəcəyini ifadə edib.

Etiketlәr: #İsrail , #Fransa

Әlaqәli Xәbәrlәr