İsrailin hücumları nәticәsindә 14 fәlәstinli dә hәlak oldu

İsrail ordusunun Qəzza zolağının mərkəzi hissələrindəki bir evə təşkil etdiyi bombalı hücumda aralarında qadın və uşaqların da olduğu 14 nəfər həyatını itirib.

2126398

Fələstinin rəsmi WAFA xəbər agentliyinin yaydığı məlumata görə, İsrail ordusu Qəzza zolağının mərkəzi hissəsində yerləşən Nuseyrat qaçqın düşərgəsindəki bir evə hava hücumu təşkil edib.
Hücum zamanı azı 14 fələstinli həyatını itirib, çox sayda insan isə yaralanıb.
Şahidlər İsrail döyüş təyyarələrinin Əbu Yusuf adlı fələstinli ailənin Nuseyrat qaçqın düşərgəsindəki evini bombaladığını bildirib.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda azı 14 500-ü uşaq, 9 560-ı da qadın olmaqla 33 360 fələstinli həlak olub, 75 993 nəfər də yaralanıb.
Dağıntılar altında hələ də minlərlə ölünün olduğu, insanların sığındığı xəstəxana və təhsil müəssisələrinin hədəf alınaraq mülki infrastrukturun  məhv edildiyi bildirilir.

Әlaqәli Xәbәrlәr