Cozep Borrell: ''Avropada müharibənin başlaması artıq fantaziya deyil''

Cozep Borrell Yeni İqtisadiyyat Forumu tədbirində açılış nitqi ilə çıxış edib.

2126390
Cozep Borrell: ''Avropada müharibənin başlaması artıq fantaziya deyil''

Avropa İttifaqının təhlükəsizlik və xarici siyasət məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell bəyan edib ki, avropalılar potensial müharibəyə maliyyə cəhətdən hazırlaşmaq üçün yeni yollar tapmalıdırlar.
Cozep Borrell Yeni İqtisadiyyat Forumu tədbirində açılış nitqi ilə çıxış edib.
"Avropada müharibənin başlaması artıq fantaziya deyil. Müharibə sabah başlamayacaq, amma biz həqiqəti inkar edə bilmərik” deyən Cozep Borrell Rusiyanın Avropanı təhdid etməyə davam etdiyini açıqlayıb.
Avropa İttifaqının  müdafiə sahəsindəki çatışmazlıqlarına toxunan Cozep Borrell deyib: "Avropa İttifaqına üzv dövlətlər (Avropa) Müdafiə Agentliyi yaratdılar, lakin bu qurumu maliyyələşdirmədilər".
Ukraynadakı müharibə səbəbindən Avropanın təhlükəsizlik vəziyyətinin "ekzistensial böhran" yaşadığına diqqət çəkən Cozep Borrell yeni hökumətlərarası maliyyə alətinə ehtiyac olduğunu vurğuladı.
ABŞ-ın keçmiş prezidenti Donald Trampın Avropada müdafiəyə kifayət qədər vəsait ayırmayan NATO müttəfiqlərini müdafiə etməyəcəyi ilə bağlı təhdidinə toxunan Cozep Borrell deyib: “Tramp Avropa İttifaqını yuxudan oyatdı və onu rahatlıq zonasından çıxardı”.



Әlaqәli Xәbәrlәr