Ceyk Sullivan Rəfahla bağlı bəyanat verdi

ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sullivan Qəzzanın Rəfah şəhəri ilə bağlı alternativ planları İsrail tərəfinə təqdim etdiklərini bildirib.

2126393

Ağ Evdə keçirilən mətbuat konfransında çıxış edən Ceyk Sullivan deyib: “ABŞ 1,3 milyon insanın sığındığı Rəfahın qurudan işğalının doğru addım olduğuna inanmır. Bunun doğru yol olduğunu hesab etmirik''.
Ceyk Sullivan ABŞ administrasiyasının ötən həftə onlayn qaydada  keçirilən ABŞ-İsrail görüşlərində Rifahla bağlı yanaşmasını İsrail tərəfinə çatdırdığını və alternativ planlar təqdim etdiyini söylədi.
Ceyk Sullivan deyib: "ABŞ 1,3 milyon insanın sığındığı Rəfahın qurudan işğalının doğru addım olduğuna inanmır. Rəfahda ''Həmas''ı sıxışdırmanın daha doğru yolları var. Biz bu alternativ yolları ötən həftə  israilli tərəfmüqabillrimizə çatdırdıq”. 
İsrail nümayəndə heyətinin Vaşinqtona səfər edib Rəfahla bağlı danışıqlar aparmasını gözlədiklərini ifadə edən Ceyk Sullivan bu danışıqların konkret nəticələr verəcəyinə inandıqlarını ifadə etdi.

Etiketlәr: #İsrail , #ABŞ , #Ceyk Sullivan

Әlaqәli Xәbәrlәr