BMT: ''İsrail ərzaq karvanlarını niyə rədd etdiyini açıqlamadı''

Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (OCHA) sözçüsü Yens Larke İsrailin BMT-nin Qəzzaya göndərdiyi ərzaq karvanlarını niyə rədd etdiyinə dair açıqlama vermədiyini bildirib.

2126388

Yens Larke BMT-nin Cenevrədəki ofisində keçirilən həftəlik mətbuat konfransında məsələ ilə bağlı açıqlamalar verib.
BMT-nin Qəzzaya ərzaq tədarükünün əngəllənməsi və ya rədd edilməsi ehtimalının digər humanitar yardımlardan qat-qat yüksək olduğunu qeyd edən Yens Larke əhalinin 70 faizinin aclıq şəraitində yaşadığı Qəzzanın şimalına edilən yardımın rədd edilmə ehtimalının üç dəfə yüksək olduğunu deyib.
Yens Larke Qəzzada ərzaq yardımının paylanmasının təhlükəsizlik məsələlərinə görə əhəmiyyətli bir problem olduğunu və tərəflərin xüsusilə Qəzzada "işğalçı güc olan İsrail"in humanitar yardıma çıxışını asanlaşdırmaq və təmin etmək öhdəliyi olduğunu vurğuladı.
BMT rəsmisi Yens Larke Qəzzanın şimalına göndərmək istədikləri ərzaq karvanlarının yarısının İsrail rəsmiləri tərəfindən rədd edildiyini bildirib.
"Bununla bağlı açıqlama verməkdən imtina edirlər. Bunun izahatını vermirlər'',-Yens Larke qeyd edib.

Әlaqәli Xәbәrlәr