İsrailə məxsus döyüş təyyarələri Qəzzanın müxtəlif bölgələrinə ağır zərbələr endirib, ölənlər var

İsrailin Qəzza zolağının müxtəlif bölgələrinə endirdiyi hava zərbələri nəticəsində 6 fələstinli həyatını itirib.

2126109

Fələstinin rəsmi WAFA xəbər agentliyinin yerli mənbələrə istinadən yaydığı xəbərdə İsrailə məxsus döyüş təyyarələrinin Qəzzanın mərkəzi hissəsindəki Əl-Meqazi qaçqın düşərgəsindəki bir binaya hava hücumu təşkil etdiyi qeyd edilib.
Xəbərdə hücumda 5 nəfərin həyatını itirdiyi bildirilib. Hücum nəticəsində yaralananların olub-olmadığı barədə məlumat verilməyib.
WAFA-nın yaydığı xəbərdə İsrailin Qəzzadakı Seraya nəqliyyat qovşağına təşkil etdiyi hücumda bir həkimin də həyatını itirdiyi qeyd olunub.

Әlaqәli Xәbәrlәr