İsrail ordusu Xan Yunisdən geri çəkildi

Məlumata əsasən, Xan Yunisdəki küçə və prospektlər tanınmaz hala düşüb.

2125836
İsrail ordusu Xan Yunisdən geri çəkildi

İsrail ordusu xarabalığa çevirdiyi Qəzzanın Xan Yunis şəhərindən geri çəkilib.
Məlumata əsasən, Xan Yunisdəki küçə və prospektlər tanınmaz hala düşüb.
İsrail ordusu bu gün verdiyi bəyanatda Qəzza zolağının cənubundakı Xan Yunisdən geri çəkildiyini açıqlayıb.
Açıqlamada Xan Yunisdəki hücumu həyata keçirən 98-ci Komando Diviziyasının dünən gecə bölgədəki missiyasını başa vuraraq buradan tamamilə geri çəkildiyi, Qəzza zolağında yalnız Nahal Briqadasının qalmağa davam edəcəyi bildirilib.
İsrail mətbuat orqanlarının yaydığı məlumata görə, Nahal Briqadası Qəzzadakı mülki əhalinin bölgənin şimalına qayıtmasının qarşısını almaq üçün bölgədə qalacaq.
İsrail qüvvələri bölgədən çəkildikdən sonra köçkün vəziyyətinə düşən  fələstinlilər evlərinin yerləşdiyi ərazilərə gəlsələr də, yaşadıqları yerləri tanımaqda çətinlik çəkiblər.



Әlaqәli Xәbәrlәr