Filip Lazzarini Qəzzadakı humanitar vəziyyəti qiymətləndirdi

BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlərin təşkili üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini Qəzzada yaşanan humanitar böhranın körpə və uşaqların ölümünə səbəb olduğunu söyləyib.

2125838

Filip Lazzarini İsrailin humanitar fəlakətə səbəb olan hücumları ilə bağlı rəsmi ''X'' internet səhifəsində paylaşım edib.
İsrailin hücumları nəticəsində bölgədəki insanların yaşadıqları ağrı-acıları izah edə bilməyəcəyini ifadə edən Filip Lazzarini deyib:  “2 milyon insanın həyatı bir gecədə alt-üst oldu. Onların əksəriyyəti əzizlərini itirdi. İsrailin hücumları nəticəsində daha çox uşaqlar, humanitar yardım əməkdaşları, jurnalistlər və tibb işçiləri həyatını itirdi. İsrail beynəlxalq humanitar hüquq normalarını açıq-aşkar pozaraq görünməmiş hücumlar törətdi, həmçinin xəstəxana və BMT binalarını dağıtdı''.

Әlaqәli Xәbәrlәr