Cozep Borrell: ''Davamlı sülhə nail olmağın yeganə yolu iki dövlətli həll yoludur''

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cosep Borrell İsrailin Qəzzaya təşkil etdiyi hücumlarla bağlı deyib: ''Əsirlər azad edildikdən və atəşkəs təmin olunduqdan sonra  siyasi keçid dərhal həyata keçirilməlidir''.

2125831
Cozep Borrell: ''Davamlı sülhə nail olmağın yeganə yolu iki dövlətli həll yoludur''

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cosep Borrell İsrailin Qəzzaya təşkil etdiyi hücumlarla bağlı deyib: ''Əsirlər azad edildikdən və atəşkəs təmin olunduqdan sonra  siyasi keçid dərhal həyata keçirilməlidir. Daimi sülhə nail olmağın yeganə yolu iki dövlətli həll yoludur''.
Rəsmi ''X'' internet səhifəsində paylaşım edən Avropa İttifaqının xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi deyib ki, ötən həftə İsrailin törətdiyi hücum nəticəsində  World Central Kitchen (WCK) beynəlxalq yardım təşkilatının əməkdaşları həlak oldu.150-dən çox əməkdaşını hücumlar nəticəsində  itirən Birləşmiş Millətlər Təşkilatı (BMT) və BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) daxil olmaqla bütün yardım təşkilatlarına hörmət edilməlidir.Əsirlər azad edildikdən və atəşkəs təmin olunduqdan sonra  siyasi keçid dərhal həyata keçirilməlidir. Daimi sülhə nail olmağın yeganə yolu iki dövlətli həll yoludur. Avropa İttifaqı  bütün beynəlxalq ictimaiyyətlə birlikdə səmərəli dəstək verməyə hazırdır. 
İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda azı 14 500-ü uşaq, 9 560-ı da qadın olmaqla 33175 fələstinli həyatını itirib, 75 886 nəfər də yaralanıb. Dağıntılar altında hələ də minlərlə ölünün olduğu, insanların sığındığı xəstəxana və təhsil müəssisələrinin hədəf alınaraq mülki infrastrukturun məhv edildiyi bildirilir.



Әlaqәli Xәbәrlәr