Meksika və Nikaraqua Ekvadorla bütün diplomatik əlaqələri kəsdi

Qeyd edək ki, Meksika səfirliyinə basqın edildikdən sonra Latın Amerikası ölkələri başda olmaqla bir çox dövlət başçısı prezident Obradoru dəstəkləyib və Ekvador əleyhinə reaksiya verib

2125764
Meksika və Nikaraqua Ekvadorla bütün diplomatik əlaqələri kəsdi
Meksika bayrağı.jpg

  Polisin Meksika səfirliyinə basqın etməsindən sonra Nikaraqua Ekvadorla bütün diplomatik əlaqələrini kəsdiyini açıqlayıb.

  Nikaraqua hökuməti Ekvadorun keçmiş vitse-prezidenti Xorxe Qlası saxlamaq üçün 2022-ci ilin dekabrından bəri qaldığı Meksikanın Kito səfirliyinə basqınla bağlı açıqlama verib. Bəyanatda basqından sonra Ekvadorla bütün diplomatik əlaqələrin kəsildiyi bildirilib və Ekvador hökumətinin 2020-ci ildə Nikaraqua səfiri Kitonu geri çağırdığı xatırladılıb.

  Açıqlamada Meksika prezidenti Andres Manuel Lopez Obrador və hökumətinə dəstək verməyə davam edəcəkləri bildirilib.

  Qeyd edək ki, Meksika səfirliyinə basqın edildikdən sonra Latın Amerikası ölkələri başda olmaqla bir çox dövlət başçısı prezident Obradoru dəstəkləyib və Ekvador əleyhinə reaksiya verib. Aprelin 6-da Ekvador polisi Ekvadorun keçmiş vitse-prezidenti Xorxe Qlası saxlamaq üçün onun 2022-ci ilin dekabrından bəri qaldığı Meksikanın Kito səfirliyinə basqın edib. Səfirliyin Siyasi Məsələlər üzrə müşaviri Roberto Kanseko jurnalistlərə açıqlamasında Ekvador polisinin zorla içəri daxil olduğunu və şəxsi heyətə hücum etdiyini bildirib.

  “Associated Press” agentliyi xəbər verib ki, Meksika prezidenti Andres Manuel Lopes Obrador bəyanatında Xorxe Qlasın həbsini “avtoritar hərəkət”, səfirliyə basqını isə “beynəlxalq hüququn və ölkə suverenliyinin kobud pozulması” adlandırıb.

  Ekvador polisinin səfirliyə basqınını Diplomatik Əlaqələr üzrə Vyana Konvensiyasının pozulması kimi qiymətləndirən Meksikanın xarici işlər naziri Alisia Barsena isə öz növbəsində hadisə zamanı bir neçə diplomatın yaralandığını vurğulayıb.

  Qeyd edək ki, Ekvador polisi rüşvətxorluq və korrupsiyada ittiham olunan Xorxe Qlası həbs etmək üçün Meksikanın Kitodakı diplomatik missiyasının binasına hücum edib. Ekvadorun sabiq vitse-prezidenti Qlas 2023-cü ilin dekabrında Meksika səfirliyinə sığınmışdı.



Әlaqәli Xәbәrlәr