Rusiya Xarkova hücum etdi, ölən və yaralananlar var

Rusiyanın Ukraynanın Xarkov şəhərinə təşkil etdiyi hücum nəticəsində  6 nəfər ölüb, 10 nəfər də yaralanıb.

2125548
Rusiya Xarkova hücum etdi, ölən və yaralananlar var

Rusiyanın Ukraynanın Xarkov şəhərinə təşkil etdiyi hücum nəticəsində  6 nəfər ölüb, 10 nəfər də yaralanıb.
Məlumata görə, hücum gecə saatlarında baş verib.
Ukrayna Rusiyanın mülki strukturları pilotsuz uçuş aparatları ilə hədəf aldığını açıqlayıb.
Hücum nəticəsində 6 nəfərin öldüyü, 10 nəfərin yaralandığı bildirilib.
Məlumatda qeyd olunub ki, hücum nəticəsində 9 mərtəbəli binaya ziyan dəyib.
Yanacaqdoldurma məntəqəsi də daxil olmaqla ətrafdakı bir çox iş yerinə də ziyan dəydiyi vurğulanıb.
Ukrayna ordusu Rusiyanın 32 pilotsuz uçuş aparatından 28-nin hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğunu açıqlayıb.
Ölkənin şimal-şərqində yerləşən Xarkov Ukraynanın ikinci ən böyük şəhəridir və son dövrdə Rusiya ordusunun hədəfinə çevrilib.


Etiketlәr: #Xarkov , #hücum , #Rusiya , #Ukrayna

Әlaqәli Xәbәrlәr