İsrail İordaniyanın göndərdiyi humanitar yardımın Qəzzaya daxil olmasına icazə verdi

İsraildə Nazirlər Kabineti İordaniyaya aid yardım maşınlarının ölkə ərazisindən keçməsinə və birbaşa Qəzza zolağına çatdırılmasına icazə verib.

2125487
İsrail İordaniyanın göndərdiyi humanitar yardımın Qəzzaya daxil olmasına icazə verdi

İsrail Nazirlər Kabineti İordaniyaya aid yardım maşınlarının ölkə ərazisindən keçməsinə və birbaşa Qəzza zolağına çatdırılmasına icazə verib.
İsrailin KAN telekanalının yaydığı məlumata görə, İsrail Nazirlər Kabineti İordaniya ordusunun Qəzzaya göndərdiyi yardım maşınlarının İsrail ərazisindən keçməsinə icazə verib.
Telekanalın dünən yaydığı məlumatda Nazirlər Kabinetinin aprelin 4-də Qəzzaya çatdırılan humanitar yardımın miqdarının artırılmasına razılıq verdiyi bildirilib.
Xəbərdə humanitar yardımların Aşdod limanı və Beyt Hanun (Erez) sərhəd-keçid məntəqəsi vasitəsilə bölgəyə çatdırılmasına müvəqqəti icazə veriləcəyi, İordaniyadan keçən yardımların isə Kerem Əbu Səlim (Şalom) sərhəd-keçid məntəqəsi vasitəsilə bölgəyə daxil olmasına icazə veriləcəyi qeyd edilib.
Ağ Evdən verilən yazılı açıqlamaya görə, ABŞ prezidenti Co Bayden aprelin 4-də İsrailin baş naziri Binyamin Netanyahu ilə telefon əlaqəsi saxlayıb. Co Bayden söhbət zamanı Qəzzada çalışan humanitar yardım əməkdaşlarına edilən hücumların "qəbuledilməz" olduğunu bildirib.
İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən etibarən məcburi köçkün fələstinlilərin sığındığı mülki yaşayış məntəqələrini, xəstəxanaları, məktəbləri və sığınacaqları hədəf alan hücumlarını davam etdirdiyi Qəzza zolağında böyük humanitar böhran yaşanır. 
Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyin martın 10-da yaydığı açıqlamada, İsrailin 17 ildir mühasirə altında saxladığı Qəzza zolağında ciddi humanitar böhranın yaşandığı bildirilir.
İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda azı 14 500-ü uşaq, 9 560-ı da qadın olmaqla 33 091 fələstinli həyatını itirib, 75 750 nəfər isə yaralanıb.
Dağıntılar altında hələ də minlərlə cəsədin olduğu, insanların sığındığı xəstəxana və təhsil müəssisələrinin hədəf alınaraq mülki infrastrukturun  məhv edildiyi bildirilir.



Әlaqәli Xәbәrlәr