İsrailin Qəzzaya intensiv hücumları davam edir

İsrail 181 gündür Qəzza zolağını bombalayır.

2124922
İsrailin Qəzzaya intensiv hücumları davam edir

İsrailin oktyabrın 7-dən bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayı 33037-yə, yaralananların sayı isə 75668-ə yüksəlib.
İsrail 181 gündür Qəzza zolağını bombalayır.
İsrail qüvvələri mülki yaşayış məntəqələrini və ibadət yerlərini hədəf alır, həmçinin yardım təşkilatlarının karvanlarını və humanitar yardım əməkdaşlarını vurur.
Bölgədəki bombardmanın davam etdiyi və hər keçən saat can itkisinin  artdığı bildirilir.
Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada son 24 saatda həyata keçirilən hücumlarda daha 62 fələstinlinin həyatını itirdiyi, 91 fələstinlinin isə yaralandığı qeyd olunub.
Son hücumlarda qeydə alınan itkilərlə, İsrailin oktyabrın 7-dən etibarən həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayının 33037-yə, yaralıların sayının isə 75668-ə yüksəldiyi bildirilib.
 ''Həmas'' müqavimət hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyə İsraillə atəşkəs danışıqları ilə bağlı deyib:
“Biz öz tələblərimizə sadiqik. Daimi atəşkəs təmin olunmalı, düşmən Qəzza zolağından tamamilə çıxarılmalı, bütün köçkünlər öz evlərinə qayıtmalı, Qəzzada xalqımıza lazım olan bütün yardımların göstərilməsinə icazə verilməli, Qəzza zolağı yenidən qurulmalı, mühasirə və əsir mübadiləsi müqaviləsi bağlanmalı”.
Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Sani Qəzzada atəşkəs üçün aparılan danışıqların Fələstin ərazilərinin müxtəlif bölgələrinə köçkünlərin qayıtması  mövzusunda dalana dirəndiyini bildirib.
Danışıqlarla bağlı açıqlama verən adı açıqlanmayan bir rəsmi də ''Həmas''ın insanların şimala dönə bilməsini tələb etdiyini, İsrailin isə köçkün fələstinlilərin sərbəst hərəkət etmələrini istəmədiyini bildirib.



Әlaqәli Xәbәrlәr