İsrail ordusu Livanın cənubundakı sərhəd bölgələrinə zərbələr endirib

Livanın rəsmi NNA xəbər agentliyinin yaydığı məlumata əsasən, İsrail ordusu sərhəd bölgəsindəki qəsəbələri artilleriya atəşi və "Merkava" tipli tanklarla hədəfə alıb.

2124180
İsrail ordusu Livanın cənubundakı sərhəd bölgələrinə zərbələr endirib

İsrail ordusu Livanın cənubundakı sərhəd bölgələrini ağır artilleriya atəşinə tutub.
Livanın rəsmi NNA xəbər agentliyinin yaydığı məlumata əsasən, İsrail ordusu sərhəd bölgəsindəki qəsəbələri artilleriya atəşi və "Merkava" tipli tanklarla hədəfə alıb.
İsrail hərbçiləri Livanla sərhəddə yerləşən Ayta əş-Şaab, Ramim, Ed-Duheyra, Nakura və Lebeniyye bölgələrinə zərbələr endirib.
Sözügedən hücumların davam etdiyi bildirilir.



Әlaqәli Xәbәrlәr