İsrail Şəfa xəstəxanasını tamamilə dağıdaraq geri çəkilib

İsrail qüvvələri Qəzza zolağının ən böyük sağlamlıq kompleksi olan Şəfa xəstəxanasını işğal etdikdən 14 gün sonra onu tamamilə dağıdıb və geridə onlarla ölü qoyub geri çəkilib.

2123066
İsrail Şəfa xəstəxanasını tamamilə dağıdaraq geri çəkilib

İsrail qüvvələri Qəzza zolağının ən böyük sağlamlıq kompleksi olan Şəfa xəstəxanasını işğal etdikdən 14 gün sonra onu tamamilə dağıdıb və geridə onlarla ölü qoyub geri çəkilib.

Şahidlərin bildirdiyinə görə, İsrail ordusuna bağlı qüvvələr Şəfa xəstəxanası və ətraf yaşayış məntəqələrindən tamamilə geri çəkilərək Qəzza şəhərinin cənub-qərbindəki Tel əl-Heva bölgəsinin cənubuna doğru irəliləyib.

İsrail qüvvələrinin Şəfa xəstəxanasının bütün binalarını yandırdığını, bütün tibbi ləvazimatları məhv etdiyini və xəstəxananı tərk etmədən əvvəl tamamilə istifadədən çıxardığını bildirən şahidlər Şəfa xəstəxanasında və xəstəxananı əhatə edən küçələrdə onlarla ölü olduğunu qeyd ediblər.

Hadisə şahidləri bildiriblər ki, ordu fələstinlilərin Şəfa xəstəxanasında qurduqları müvəqqəti qəbiristanlığı dağıdıb, cəsədləri çıxararaq xəstəxananın müxtəlif yerlərinə atıb.

Fələstin səhiyyə rəsmiləri də xəstəxananın tamamilə sıradan çıxdığını və hazırkı dövrdə yenidən işə başlamağın çətin olduğunu bildiriblər.

Səhiyyə rəsmiləri ordunun xəstəxanadakı bütün tibbi ləvazimatları, həmçinin əməliyyat və reanimasiya otaqlarını məhv etdiyini qeyd ediblər.

Qeyd edək ki, İsrail qüvvələri Qəzza zolağının ən böyük sağlamlıq kompleksi olan Şəfa xəstəxanasını işğal etdikdən 10 gün sonra, noyabrın 24-də xəstəxananın bəzi hissələrini dağıdaraq geri çəkilib.



Әlaqәli Xәbәrlәr